...

Donald Tramp Batuminin turizm imkanları ilə maraqlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2010 16:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 iyul /Trend, müxbir N.Kirsxaliya/

Amerikalı milyarder Donald Trampın biznes təşkilatının vitse-prezidenti Acarıstanın investisiya mühiti ilə maraqlanıb. Acarıstan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, Maykl Koen çərşənbə günü axşam Batumiyə gəlib.

O, Batumidə həyata keçirilən layihələrlə tanış olub.

"Donald Trampın biznes təşkilatı Batumidə turizm infrastrukturunun yaxşılaşdırılması məqsədilə layihələr həyata keçirməyi planlaşdırır. Layihədə şəhərdə mehmanxanalar, yaşayış binaları və istirahət komplekslərinin inşası nəzərdə tutulur", - Koen deyib.

O, cümə axşamı Gürcüstana səfərini başa çatdıraraq konkret layihələrlə ABŞ-a yola düşəcək.

Xəbər lenti

Xəbər lenti