...

Fiziki şəxslərin Azərbaycan bankı "Texnikabank"a əmanət qoyuluşu il ərzində 1,5 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2010 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan bankı "Texnikabank"ın aktivləri 1 iyul 2010-cu il tarixinə görə,  452,78 milyon manat təşkil edib. Bu barədə cümə axşamı bankdan bildiriblər. Aktivlər üzrə gəlir (ROA) 0,39 faiz, kapital üzrə (ROE) 2,97 faiz olub.

Bankın nizamnamə kapitalı il ərzində, təxminən, iki dəfə artaraq 53,685 milyon manata çatıb, ümumi kapital isə 58,044 milyon manat təşkil edib.

Hesabat dövründə bankın depozit portfeli 15,34 faiz artaraq 187,112 milyon manata çatıb. Fiziki şəxslərin əmanət qoyuluşu 1,5 dəfə artaraq 136,352 milyon manat olub. Bankın ümumi öhdəlikləri 377,566 milyon manat təşkil edib.

Bankın kredit portfeli 320,072 milyon manat olub. Burada problemli kreditlərin payı (ödəniş tarixi 90 günədək üzadılmaqla) 5,15 faizə (16, 484 milyon manat) çatır. "Texnikabank" 37, 379 milyon manat məbləğində istehlak krediti verib.

Hesabat dövrü üzrə bankın gəlirləri 33,489 milyon manat təşkil edib. Bundan başqa, faiz gəlirləri - 24, 465 milyon mant, faizsiz gəlirlər - 9, 025 milyon manat olub. Bankın xərcləri 31, 701 milyon manat təşkil edib.

Bankın xalis gəliri iyulun 1-nə olan vəziyyətə görə 1, 782 milyon manat olub.

Bankın aktiv plastik kartlarının sayı iyulun 1-nə 46 403 ədəd təşkil edib. Bu bir əvvəl 38 324 ədəd olub. "Texnikabank" 58 bankomat (2009-cu ildə 48 olub), 349 POS-terminal (onların sayı 9 ədəd artıb) quraşdırıb. Bankın 35 filialı və 5 şöbəsi var.

"Texnikabank" bank bazarında 1993-cü ildən fəaliyyət göstərir və 2007-ci ilədək 100 faiz Azərbaycan bankı olub.

Bu gün bankın majoritar səhmdarı səhmlərin 75 faizinə sahib olan "World Wines" şirkətidir. Bankın Müşahidə Şurasının sədri Etibar Əliyev səhmlərin 15 faizinə, Amerikanın "Kazimir Investment Caspian Fund" şirkəti isə 10 faizinə nəzarət edir.

İyulun 15-nə cari məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti