...

Azərbaycana minik avtomobillərinin idxalı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2010 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Yanvar-may aylarında Azərbaycana 16 minə yaxın minik avtomobili idxal olunub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 40,5 faiz azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, yanvar-may aylarında gətirilən minik avtomobillərinin ümumi dəyəri 135,5 milyon dollara yaxındır. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 24,6 faiz azdır.

Yanvar-may aylarında Azərbaycana 1794 ədəd yük avtomobili idxal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 47 faiz azdır. Gətirilən avtomobillərin ümumi dəyəri 38,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 13,2 faiz azdır.

Həmçinin, yanvar-may aylarında respublikaya 381 ədəd avtobus idxal olunub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 25,3 faiz çoxdur. Yanvar-may aylarında idxal olunan avtobusların məbləği 20,4 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 35,7 faiz çoxdur.

Yanvar-iyun aylarında Azərbaycanda 275 ədəd yük avtomobili istehsal olunub. Eləcə də həmin dövrdə ölkədə 215 minik avtomobili buraxılıb.

Xəbər lenti

Xəbər lenti