...

Azərbaycan və İran yük və tranzit daşımalarda problemləri müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2010 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir T.Cəfərov/

Cümə axşamı İran və Azərbaycan sərhədində iki ölkənin nəqliyyat ekspertlərinin görüşü keçirilib. Bu barədə İranın Azərbaycandakı səfirliyindən bildiriblər. Görüş əvvəlcə İran Astarasında keçirildikdən sonra işçi qrupu Azərbaycanda yerləşən Astara şəhərinə keçib.

Görüş zamanı yük və tranzit daşımalarda mövcud problemlər, gömrük prosedurlarının sadələşdirilməsi, avtonəqliyyat və avtomobil yollarının vəziyyəti, yük avtonəqliyyatı sürücülərinin problemlərinin həll edilməsi ilə bağlı müzakirələr aparılıb.

Görüşdə Azərbaycan və İranın Nəqliyyat nazirliklərinin, sərhəd və gömrük xidmətlərinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti