...

Azərbaycanın "Fidan Sığorta" şirkətinin səhmləri BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2010 20:46 (UTC +04:00)
Avqustun 3-dən etibarən Bakı Fond Birjasında (BFB) "Fidan Sığorta" ASC-nin 860 min manat məbləğində qeydə alınan sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanılacaq.
Azərbaycanın "Fidan Sığorta" şirkətinin səhmləri BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilib

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Avqustun 3-dən etibarən Bakı Fond Birjasında (BFB) "Fidan Sığorta" ASC-nin 860 min manat məbləğində qeydə alınan sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanılacaq. Bu barədə BFB-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Sığorta şirkəti birjaya sənədsiz adlı səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 20 manat olmaqla 43 min səhm buraxılıb. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda "Chelsea Capital" MMC çıxış edəcək.

Təsisçisi bir hüquqi və iki fiziki şəxdən ibarət olan "Fidan Sığorta" şirkəti Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı iki milyon manat təşkil edir.

Sığorta şirkətlərinin kapitalına olan minimal tələb 2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə 3,5 milyon manat təşkil edir.

İyulun 15-nə olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti