...

Assosiativ saziş üzrə danışıqlar Aİ-nin Azərbaycanla əlaqələrin dərinləşdirilməsinə sadiqliyini nümayiş etdirir – Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2010 12:59 (UTC +04:00)
Aİ ilə Cənubi Qafqaz arasında məhsuldar əlaqələr inkişaf edir və əməkdaşlığın möhkəmləndirilməsi ölkələrin demokratik inkişafına, yoxsulluğun səviyyəsinin azalmasına təkan verəcək. Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton belə hesab edir.
Assosiativ saziş üzrə danışıqlar Aİ-nin Azərbaycanla əlaqələrin dərinləşdirilməsinə sadiqliyini nümayiş etdirir – Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir H.Vəliyev/

Aİ ilə Cənubi Qafqaz arasında məhsuldar əlaqələr inkişaf edir və əməkdaşlığın möhkəmləndirilməsi ölkələrin demokratik inkişafına, yoxsulluğun səviyyəsinin azalmasına təkan verəcək. Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton belə hesab edir.

Bakıda Eştonun məktubunu Aİ ilə Azərbaycan arasında assosiativ sazişin imzalanması üzrə danışıqlarla bağlı məktubunu Bakıda Aİ tərəfdən danışıqlar qrupunun rəhbəri Con Kaer oxuyub.

"Assosiativ saziş üzrə danışıqlar belə prosesin başlanğıcıdır. Hər iki tərəflə ciddi işlərin görülməsi zərurəti var", - məktubda deyilir.

Eştonun sözlərinə görə, gələcəkdə iqtisadi inteqrasiya bazar iqtisadiyyatının inkişafına, beynəlxalq standartların tətbiqinə, rəqabətin inkişafına təkan verəcək, daxili və xarici investisiyaların artmasına xidmət edəcək.

"Assosiativ saziş üzrə müzakirələr həqiqətən də Aİ-nin Azərbaycanla və ümumilikdə regionla əlaqələrinin dərinləşdirilməsinə sadiqliyini nümayiş etdirir", - Eşton öz məktubunda deyir.

Azərbaycanın xarici işlər naziri Mahmud Məmmədquliyevin fikrincə, Azərbaycanla Avropa İttifaqı arasında assosiativ sazişin imzalanması tərəflər arasında münaibətlərin inkişafı üçün hüquqi baza yaradır və onların üzərinə böyük məsuliyyət qoyur. Onun sözlərinə görə, saziş tərəflər arasında siyasi və iqtisadi dialoqun dərinləşməsini, beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığı, Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsinin əngəllədiyi sabitlik və sülhün bərpasını nəzərdə tutur.

Cümə günü Bakıda Azərbaycanla Avropa İttifaqı arasında assosiativ sazişin imzalanması üzrə danışıqlar başlayıb. Sənəd 1995-ci ildə imzalanmış əməkdaşlıq haqda sazişin davamıdır.

"Şərq Tərəfdaşlığı" proqramına Avropa İttifaqının sammitində rəsmən start verilib. Onun yekunları üzrə Aİ-nin 27 və proqrama qoşulmuş 6 ölkənin (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldova) imzaladığı bəyannamə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti