...

ALMALI mağazalar şəbəkəsi fəaliyyətini bərpa edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2010 18:23 (UTC +04:00)
Bu ilin əvvəlində başlamış ADA şirkətlər qrupu ilə CRG Capital arasında sərmayə qoyuluşu haqqında danışıqlar başa çatmaq üzrədir.
ALMALI mağazalar şəbəkəsi fəaliyyətini bərpa edir

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Ü.İsmayılova/

Bu ilin əvvəlində başlamış ADA şirkətlər qrupu ilə CRG Capital arasında sərmayə qoyuluşu haqqında danışıqlar başa çatmaq üzrədir. Bunu Avropanın məşhur investisiya şirkəti CRG Capital-ın icracı direktoru Parham Pouladdej deyib. Bu barədə ADA şirkətlər qrupunun bu gün yaydığı məlumatda deyilir.

Şirkətin nümayəndəsi bildirib ki, CRG Capital ALMALI mağazalar şəbəkəsinin fəaliyyətinin bərpasını investisiyalaşdırmaq niyyətindədir və bu məqsədlə maraqlı tərəflərlə yenidən strukturlaşma haqqında danışıqlara başlayıb.

"Biz Azərbaycanda iqtisadi inkişaf templərini yüksək qiymətləndiririk. Ona görə də bizim üçün pərakəndə ərzaq ticarəti sektoru cəlbedicidir. Ümid edirəm ki, qısa müddətdə kreditorlarla yenidən strukturlaşma barədə danışıqlar başa çatacaq və payızda ALMALI mağazalar şəbəkəsinin fəaliyyəti bərpa olunacaq. Supermarketlərin fəaliyyətinin bərpasının biznes planı və maliyyə planı tam hazırdır", - Pouladdej bildirib.

CRG Capital ALMALI mağazalar şəbəkəsinin fəaliyyətinin bərpası məqsədilə yerli mütəxəssislərin köməyi ilə xaricdən pərakəndə ticarət sahəsində yüksəkixtisaslı xarici mütəxəssisləri dəvət etmək niyyətindədir.

CRG Capital 1992-ci ildə yaradılıb, mərkəzi ofisi Vyanada yerləşən özəl maliyyə fondudur. Fond böhran vəziyyətində olan şirkətlərin bərpası və onlara investisiyaların qoyulması üzrə ixtisaslaşıb.

Xəbər lenti

Xəbər lenti