...

Unibank "VISA günləri" aksiyası çərçivəsində Antalyaya birinci turun sahibini müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2010 20:35 (UTC +04:00)
"Unibank" iyunun 16-dan avqustun 31-dək VISA beynəlxalq ödəniş sisteminin plastik kartlarının bütün sahibləri üçün keçirdiyi "VISA günləri" lotereya aksiyası çərçivəsində mükafatların birinci tirajını keçirib.
Unibank "VISA günləri" aksiyası çərçivəsində Antalyaya birinci turun sahibini müəyyənləşdirib

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Kommersiya bankı "Unibank" iyunun 16-dan avqustun 31-dək VISA beynəlxalq ödəniş sisteminin plastik kartlarının bütün sahibləri üçün keçirdiyi "VISA günləri" lotereya aksiyası çərçivəsində mükafatların birinci tirajını keçirib. Bu barədə bankın cümə günü yayılan məlumatında deyilir.

Antalyaya birinci turun sahibi daxil olmaqla, bütün qaliblər iyul ayının 15-də müstəqil müşahidəçilər, jurnalistlər və bankın müştərilərindən təşkil olunan yeddi nəfərdən ibarət lotereya komissiyasının iştirakı ilə müəyyən ediliblər. Seçim Bankın baş ofisində iyunun 16-dan iyulun 14-dək bankomatlar, POS-terminallar və internet vasitəsilə 76 mindən artıq əməliyyat yerinə yetirmiş 1797 VISA kart sahibləri arasında aparılıb. Bu zaman ən azı 20 AZN/USD/EUR/GBP məbləğində olan hər bir əməliyyat "Unibank" tərəfindən uduş üçün bir şans kimi qiymətləndirilib, mükafatların sahibləri isə təsadüfi kompüter seçimi üsulu ilə təyin ediliblər.

İlk növbədə, komissiyanın üzvləri "I-pod" musiqi pleyerlərinin üç sahibini müəyyən ediblər - bunlar, VISA kartlarından fəal surətdə iştifadə edən paytaxt sakinləri R.Qəmbərov, A.Kərimli və Ş.Şükürov olublar. Daha sonra aksiyanın iştirakçıları arasında üç ədəd rəqəmsal "Canon A490" markalı fotokamera oynanılıb ki, onlar K.Bredliyə, İ.Qurbanovaya və N.Nəsirova nəsib olub. "VISA günləri" aksiyasının birinci tirajının nəticələrinə görə Antalyaya bir həftəlik turun sahibi isə son ay ərzində öz kredit kartı üzrə 77 tranzaksiya yerinə yetirmiş Şəki sakini Ə.Atayev olub. Tirajın yekunları bank tərəfindən kütləvi informasiya vasitələrində dərc ediləcək. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş lotereyanın şərtlərinə görə, "VISA günləri" kampaniyası çərçivəsində mükafatların növbəti tirajı avqustun 10-da keçiriləcək.

Lotereya aksiyasında əməkhaqqı kartları, habelə Britaniya funtu ilə olan yeni VISA kartları da daxil olmaqla, "Unibank"ın buraxdığı bütün fərdi VISA kartlarının sahibləri, bank əməkdaşlarının kartları istisna olmaqla, iştirak edə bilərlər. Hər bir plastik kart sahibi "Unibank"da endirimlər klubunun (buraya "Lüks" ticarət markalı onlarla ticarət və pərakəndə satış məntəqəsi, restoran, gözəllik salonu, ətriyyat və digər mağazalar daxildir) iştirakçısına çevrilir.

Bankın güzəşt proqramları, "VISA günləri" kampaniyasının şərtləri və "Unibank"da plastik kartların sifarişi üzrə əlavə məlumatı (012) 117 nömrəli telefona zəng vurmaqla əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti