...

Azərbaycan İnvestisiya Şirkəti fəaliyyətin prioritet istiqamətlərini genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2010 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) Almaniya şirkətlərini Azərbaycanda birgə layihələrin həyata keçirilməsinə dəvət edib.

AİŞ-in icraçı direktorunun müavini Zaur Məmmədovun dediyinə görə, Bakıda keçirilən XI Almaniya-Azərbaycan iqtisadi forumunda əməkdaşlıq üçün prioritet istiqamətlər kənd təsərrüfatı, aqrobiznes (ərzaq məhsullarının emalı, qablaşdırılması və saxlanılması), logistika, sənaye istehsalı və turizmdən ibarət olub.

"İnvestisiya şirkətinin prioritetlərinə alternativ enerji sahəsi, xüsusilə də külək və günəş enerjisinin istehsalı aiddir. Biz orientrli ixrac və ixdal əvəzedici layihələrə də sərmayə qoyuluşunu nəzərdən keçirməyə hazırıq", - Məmmədov qeyd edib.

AİŞ-in layihələrində 25 faiz iştirak payı almaqla minoritar səhmdarlar iştirak edə bilərlər. Bununla yanaşı, bir layihəyə yatırılan sərmayə AİŞ-in kapitalından 20 faiz, bir sahəyə isə 35 faizdən artıq ola bilməz.

"AİŞ layihələrinə sərmayə yatırılarkən ondan çıxış üzrə strategiya müəyyənləşdirilir ki, bu da beş ildən sonra baş verə bilər", - Məmmədov qeyd edib.

Dördillik fəaliyyət dövründə AİŞ-in sərmayələri neft sektorunun müxtəlif sahələrinə qoyulub. Bu sərmayələrdən ən böyüyü ARDNŞ ilə birlikdə gəmiqayırma zavodunun yaradılması layihəsinə yatırılıb. Bu müəssisənin tikintisinin başlanılması 2010-cu ilin sonuna planlaşdırılıb.

2010-cu ildə iki layihədə iştirakla bağlı qərarlar qəbul edilib. Bunlar istixanaların tikintisi və toxuculuq müəssisəsinin fəaliyyətinin modernləşdirilməsindən ibarət olub.

Xəbər lenti

Xəbər lenti