...

Avropa Komissiyası meşələrdən istifadənin təhlükəsiz və davamlı metodlarının inkişafında Azərbaycana kömək edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2010 10:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.Xəlilova/

Avropa Komissiyası Avropa Qonşuluq Siyasəti (ENPI) çərçivəsində həyata keçirilən meşə qanunvericiliyinə riayət olunması və meşə sektorunda idarəetmə proqramının (FLEG Programme) reallaşdırılmasına başlayıb. Bu barədə məlumat bazar ertəsi ENPI informasiya mərkəzindən daxil olub.

"Əməkdaşlıq üçün səmərəli zəmin yaratmaq məqsədilə proqram üzrə sonrakı fəaliyyətin gedişində Bakıda və Gəncədə iki iclas keçirilib", - məlumatda bildirilir.
Gəncədəki birinci iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, meşə təsərrüfatı üzrə yerli orqanların, qeyri-hökumət təşkilatlarının nümayəndələri və alimlər iştirak ediblər. Bakıda keçirilən ikinci iclasda vətəndaş cəmiyyətinin nümayəndələri və meşə təsərrüfatının inkişafı departamentinin vəzifəli şəxsləri iştirak ediblər.

Görüşlərdə müzakirə olunan əsas məsələlər meşə qanunvericiliyinin möhkəmləndirilməsi, meşə təsərrüfatının sabit inkişafı, meşələrdən istifadə sahəsində icmaların rolu və Azərbaycanda alternativ enerji mənbələri olub.
FLEG proqramının dəyəri altı milyon avrodur.

Proqramda, meşə təsərrüfatında qanunsuz fəaliyyət də daxil olmaqla, meşələrdən istifadənin təhlükəsiz və davamlı metodlarının inkişafı hökumət, vətəndaş cəmiyyəti və özəl sektor tərəfindən dəstəklənir.

2006-cı ilin noyabrında Brüsseldə təsdiqlənən ENP-in Azərbaycan üçün fəaliyyət planında prioritet istiqamətlər müəyyən edilib: ölkədə demokratiyanın gücləndirilməsi, işgüzar və investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi sahədə qanunvericiliyin idarəetmə təcrübəsinə uyğunlaşdırılması, Aİ ilə Azərbaycan Respublikası arasında energetika və nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi, regional əməkdaşlıq və s.

İlk indikativ proqram 2007-2010-cu illəri əhatə edir; o, 88 milyon avroluq büdcə ilə təsdiqlənib. Avropa Qonşuluq Siyasətinin 2011-2013-cü illər üçün nəzərdə tutulmuş ikinci indikativ proqramının dəyəri 122,5 milyon avro təşkil edir.

Xəbər lenti

Xəbər lenti