...

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi yeni tankerlərin tikilməsi ilə bağlı sifariş yerləşdirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2010 16:10 (UTC +04:00)
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi yeni maye neft tanker gəmilərinin tikilməsi ilə bağlı sifarişi aşağıdakı xarakteristikalarla yerləşdirmək niyyətindədir.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi yeni tankerlərin tikilməsi ilə bağlı sifariş yerləşdirmək niyyətindədir

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi yeni maye neft tanker gəmilərinin tikilməsi ilə bağlı sifarişi aşağıdakı xarakteristikalarla yerləşdirmək niyyətindədir.

Gəminin təyinatı

Birinci məhdud rayon özüyeriyən maye neft üzmə gəmisi xam neft və neft məhsullarının Selsi üzrə 60 dərəcədən aşağı temperaturda yüklərin daşınması üçün nəzərdə tutulub. Bir reysdə 2 növ yükün daşınmasını nəzərdə tutmaq lazımdır.

Üzmə rayonu

Tankerin məhdud rayonlarda PC dərəcəsinə uyğun mümkün istismarını və gəminin Volqo-Donsk və Volqa-Baltika kanallarından keçməsini nəzərdə tutmaq.

Gəminin dərəcəsi

Gəmi aşağıdakı dərəcələrdə layihələşdirilməlidir:

КМ İce1 [ I ] R1 AUT1 LI VCS Oil tanker (ESP)

Rusiya Dəniz Gəmiçilik Registri

Dəniz gəmiləri üçün sanitar qaydalar üzrə I dərəcəli gəmi.

Gəminin əsas xarakteristikaları

Uzunluğu м - 140-145-dən çox;

Korpusun eni м - 16-17;

Dedeveyt т - 7000-8000;

Sürət, ən azı, 10;

Üzmənin muxtariyyətliliyi (ehtiyatlar üzrə) - 20 sutka;

Yük üzrə çökmə - 5 metrdən çox olmayaraq.

Gəmiçiliyin texniki şöbəsi ilə - (+ 994 12) 493 65 57 telefonla əlaqə saxlamaq olar.

Xəbər lenti

Xəbər lenti