...

Azərbaycanın sığorta şirkəti lisenziyasını bərpa etmək üçün tədbirlər görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2010 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.Xəlilova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Günay-Sığorta" ASC-nin ümumi məbləği 1,05 milyon manat olan sadə adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə çərşənbə günü Bakı Fond Birjasından bildiriblər.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri bir min manat olan 1050 səhm buraxılıb. Səhmlərin yerləşdirilməsinin anderrayteri "Standard Capital" MMC-dir.

Bundan əvvəl "Günay-Bank"ın idarə heyətinin sədri, şirkətin yeganə səhmdarı Emin Ağayev bildirib ki, yeni emissiyanın yerləşdirilməsindən sonra, şirkətin nizamnamə kaplitalı 2,6 milyon manatadək, ümumi kapitalı isə 2,5 milyon manatadək çatdırılacaq.

Səhmlərin əlavə emissiyası öz kapitalını Maliyyə Nazirliyinin tələb etdiyi səviyyəyə çatdırmaq zərurəti ilə əlaqədar yaranıb. Mayın 7-də Azərbaycan Maliyyə Nazirliyinin göstərişi "Günay-Sığorta"nın sığorta fəaliyyətinin həyata keçirilməsi üzrə lisenziyası dayandırılmışdı. Belə qərar sığorta qanunvericiliyi ilə müəyyən edilmiş ödəniş qabiliyyəti və sığortaçıların maliyyə sabitliyi normativlərinin yerinə yetirilməsi üzrə dövlət sığorta nəzarəti orqanının göstərişlərinin yerinə yetirilməməsi ilə bağlıdır. Bank rəhbəri şirkətin lisenziyasının iyulun sonlarınadək bərpa olunacağını güman edir.

"Sığorta fəaliyyəti haqqında" Qanuna uyğun olaraq, 2010-cu il yanvarın 1-dən sığorta şirkətləri ümumi kapitalı iki milyon manatadək çatdırmalıdırlar. Şığorta şirkətləri tərəfindən normativ tələblər sərmayə qoyuluşlarının saxələndirilməsi üzrə tələblərə riayət olunmaması ilə bağlıdır. Çünki məhz bu halda vəsait (nizamnamə kaplitalı, sığorta ehtiyatları) ümumi kapitalı tam əhatə edə bilməz.

Qanunvericiliyə görə, azərbaycanlı sığortaçılar bank depozitlərinə ümumi kapitalın həcminin 60 faizindən çox, eləcə də bir bank 30 faizdən artıq vəsait yatıra bilməz. Qüvvədə olan ""Sığorta fəaliyyəti haqqında" Qanuna uyğun olaraq, sığortaçılar daşınmaz əmlaka, özəl şirkətlərin kapitalına, eləcə də digər sahələrə sərmayə yatıra bilərlər, lakin bu, bank depozitlərinə investisiyaların sərfəli şərtlərinə görə edilmir.

Bankların depozit hesabları ölkə sığortaçıları üçün ən likvidlidir ki, bu da sığortaçılar tərəfindən öz vəsaitlərinin banklarda aktiv investisyalaşdırmasının səbəbidir. Azərbaycan sığortaçıları bu gün daha az likvidli və az gəlirli olan dövlət qiymətli kağızlarına da sərmayə qoyurlar.

Yanvar-iyun ayları üzrə "Günay-Sığorta" şirkətinin sığorta mükafatları 0,44 milyon manat, ödəmələri 0,09 milyon manat təşkil edib.

1992-ci ildən fəaliyyət göstərən "Günay-Siğorta"nın yeganə təsisçisi "Günay-Bank" səhmdar bankıdır.

Xəbər lenti

Xəbər lenti