...

İlin ikinci rübündə Azərbaycan-Türkiyə sığorta şirkəti sığorta haqlarını 2,5 dəfə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2010 20:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan-Türkiyə sığorta şirkəti "Başak-İnam Sığorta"nın ilin birinci yarısında fəaliyyətinin yekunları üzrə sığorta haqları 443,95 min manat ödənişlə 1,183 milyon manat təşkil edib. Bu barədə çərşənbə günü şirkətdən bildiriblər. Rüb ərzində şirkətin sığorta pulları 2,46 dəfə, ödənişləri isə 1,9 dəfə artıb.

Sığorta yığımlarının əsas hissəsi könüllü sığorta növlərinin (1,175 milyon manat) payına düşür. Şirkət ən böyük sığorta haqqını əmlakın sığortalanmasından (749,684 min manat) yığıb. Fərdi və xəstəlikdən sığortalanma (425,378 min manat), o cümlədən tibbi sığortalanma üzrə 136, 547 min manat təşkil edib.

Məcburi sığortalanma növləri üzrə şirkət 8,28 min manat sığorta haqqı yığıb. Onlardan 7,48 min manat avtonəqliyyat vasitələrinin sahiblərinin məsuliyyətinin sığortalanması hesabına təmin edilib.

Ödənişlərin 99,45 faizi (441,51 min manat) könüllü sığorta növləri üzrə həyata keçirilib, xüsusilə də əmlak sığortalanması üzrə 269,6 min manat təşkil edib. Bunlardan 132,4 min manat əmlakın yanğından mühafizəsi, 136,4 min manat isə avtonəqliyyat vasitələrinin sığortalanması üzrə ödənilib.

"Başak-İnam" 31 növ sığorta xidməti göstərir. Şirkətin həyat sığortası üzrə portfeli yoxdur.

"Başak-İnam Sığorta"nın aktivləri 2009-cu ildəki fəaliyyətinin yekunları üzrə 3,742 milyon manat təşkil edərək il ərzində 34,37 faiz artıb. Şirkətin ötən ilin yekunları üzrə ödənilən nizamnamə kapitalı iki milyon manat olub. Bu göstərici 2009-cu ilin əvvəlində bir milyon manat təşkil edib. Şirkətin ötən ilin yekunları üzrə xalis gəliri (531,126 min amnat səviyyəsində) və itkiləri (707,441 min manat) nəzərə alınmaqla, ümumi kapitalı ötən il ərzində 2,163 milyon manat təşkil edib. Bu göstərici ilin əvvəlində 632,418 min manat olub.

Şirkətin sığorta haqları birinci rübdə 234,02 min manat ödənişlə 480,31 min manat təşkil edib.

"Başak-İnam Sığorta" Türkiyənin "Başak Sığorta" şirkətinin kapitalında 49 faizlik iştirakla 1996-cı ildə təsis edilib. "Başak-İnam" birgə sığorta şirkətidir. Onun səhmdarları sırasına "Groupama" Fransa investisiya korporasiyası daxildir. O, 2006-cı ildə Türkiyənin "Başak Sığorta" şirkətinin kapitalında 60 faizlik iştirak payı alması ilə əlaqədar şirkətin səhmdarı olub.

İyulun 21-nə olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti