...

Azərbaycanın istehlak bazarında "Golden Graal" adlı saxta limonadlar aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2010 21:02 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilmiş növbəti monitorinqlər zamanı "Golden Graal" adlı düşes, tərxun, qızılgül limonadlarının qeyri-qanuni istehsalı aşkar edilib.
Azərbaycanın istehlak bazarında "Golden Graal" adlı saxta limonadlar aşkar edilib

Azərbaycan, Bakı, 21 iyul/Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilmiş növbəti monitorinqlər zamanı "Golden Graal" adlı düşes, tərxun, qızılgül limonadlarının qeyri-qanuni istehsalı aşkar edilib. Bu abrədə nazirliyin məlumatında deyilib.

0,5 litrlik şüşə butulkada qablaşdırılmış "Golden Graal" adlı limonadların etiketində yararlılıq müddətinin normativ sənədlərdə müəyyən olunmuş müddətdən artıq göstərilməsinin aşkar edilməsi ilə əlaqədar, "Golden Graal" limonadlarının istehsal edildiyi Abşeron rayonu, Məhəmmədli qəsəbəsində Rauf Novruzova məxsus istehsalat sahəsində sərinləşdirici içkilərin istehsalı və satışının qanunauyğunluğunun yoxlanılmasına başlanılıb.

Yoxlama zamanı "Golden Graal" əmtəə nişanından qanunsuz istifadə edilərək eyni əmtəə nişanlı saxta düşes, tərxun, qızıl gül limonadları, şaftalı və albalı şirələrinin və qazlı suların istehsal edildiyi müəyyən olunub. Bundan başqa, düşes, tərxun, qızıl gül limonadlarının, şaftalı və albalı şirələrinin yararlılıq müddətinin normativ sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, qazlı suların uyğunluq və gigiyenik sertifikatları olmadan istehsal edildiyi aşkarlanıb. Bundan başqa, müəssisədə antisanitariya şəraiti hökm sürür və yeyinti məhsullarının istehsalı üçün müvafiq şərait yoxdur.

Bununla əlaqədar müəssisədə istehsal olunan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti araşdırmalarını davam etdirir.

Xəbər lenti

Xəbər lenti