...

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılmasının başaçatma müddətini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2010 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir E.İsmayılov/

Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmir yolu xəttinin yaradılması prosesinin 2012-ci ilin sonunadək başa çatdırılması planlaşdırılıb. Bu barədə cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin baş mühəndisi Qurban Nəzirov deyib. Öncədən planlaşdırılmışdı ki, BTQ-nin tikilməsi prosesi 2011-ci ilin sonunadək başa çatdırılsın.

"İşlər görülür və tikinti prosesini 2012-ci ilin sonuna başa çatdırmaq mümkün olacaq", - Nəzirov bildirib.

Nəzirovun sözlərinə görə, hazırda yeni dəmir yolu xəttinin yaradılması çərçivəsində görülən işlər tam axarı ilə gedir. İşlər iki istiqamətdə - Gürcüstan və Türkiyə arasında yeni dəmir yolu xəttinin tikilməsi və Marabda-Axalkalaki dəmir yolu qovşağının təmir-bərpa edilməsi üzrə aparılır. Təmir-bərpa üzrə işləri tenderin qalibi olmuş gürcü şirkəti və Azərbaycanın "Azərtikintiservis" şirkəti aparır. İşlər uzunluğu 160 km olan mövcud dəmir yolu xəttinin təmir-bərpasını nəzərdə tutur.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində 76 km Türkiyə ərazisindən, 29 km isə Gürcüstan ərazisindən keçən yeni 105 kilometrlik dəmiryol magistralının tikintisi planlaşdırılır. Bundan əlavə, Gürcüstanda yükötürmə qabiliyyətinin ildə 15 milyon tonadək artırılması üçün 183 kilometrlik Axalkalaki-Marabda-Tbilisi dəmiryol məntəqəsi bərpa ediləcək. Həmçinin, Axalkalakidə Gürcüstanda olan dəmir yolundan qatarların Avropaya keçməsi üçün məntəqənin inşa edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti