...

Sumqayıtda ilin birinci yarısında məhsul istehsalı ikiqat artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2010 15:55 (UTC +04:00)
2010-cu ilin birinci yarısında Sumqayıt şəhərində məhsul istehsalının ümumi həcmi 240 milyon manat təşkil edib.
Sumqayıtda ilin birinci yarısında məhsul istehsalı ikiqat artıb

Azərbaycan, Bakı, 22 iyul /Trend/

2010-cu ilin birinci yarısında Sumqayıt şəhərində məhsul istehsalının ümumi həcmi 240 milyon manat təşkil edib. Bu barədə şəhər İcra Hakimiyyətinin cümə axşamı yaydığı məlumatda deyilir.

"Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici ikiqat artıb", - məlumatda bildirilir.

Sənaye müəsisələrində ikiqat artan istehsalın ümumi həcmi 130 milyon manat təşkil edib. Burada qeyri-dövlət sektorunun payı 75 faiz səviyyəsindədir.

Son yeddi il ərzində məhsul istehsalının və sənaye xarakterli xidmətlərin ümumi həcmi ümumilikdə şəhər üzrə 2,7 milyard manat təşkil edib.

İyulun 22-nə olan rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti