...

Dağıstanda baş verən partlayışa görə, Azərbaycandan gedən qatarlar dayandırılıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2010 13:26 (UTC +04:00)
Rusiya tərəfinin bəyanatına görə, Dağıstanda dəmir yolunda baş verən partlayışa görə, İnçxe-İzbirbaş dayanacağında dayandırılan hərəkət yollarının birində qatarların marşrutu yaxın saatlarda bərpa ediləcək. Bu barədə cümə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Dağıstanda baş verən partlayışa görə, Azərbaycandan gedən qatarlar dayandırılıb (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: hərəkətin bərpa edilməsi ilə bağlı məlumat əlavə olunub

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Rusiya tərəfinin bəyanatına görə, Dağıstanda dəmir yolunda baş verən partlayışa görə, İnçxe-İzbirbaş dayanacağında dayandırılan hərəkət yollarının birində qatarların marşrutu yaxın saatlarda bərpa ediləcək. Bu barədə cümə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, hazırda Dərbənddə dayanan Bakı-Xarkov qatarı hərəkətin bərpasını gözləyir. Qatar Bakıdan yerli vaxtla saat 23:40-da yola düşüb. Bakıdan saat 06:20-də yola düşən Bakı-Tümen qatarı İnçxe-İzbirbaş dayanacağına hələ ki yaxınlaşmayıb.

Partlayış cümə günü Bakı vaxtı ilə saat 10:00-da Şimali Qafqaz dəmir yolunun 2362-ci km-də baş verib. Partlayışdan dəmir yolunun tiyələrinin, təxminən, 2 m-nə ziyan dəyib. Xəsarət alan yoxdur.

Cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin baş mühəndisi Qurban Nəzirovun dediyinə görə, Rusiya ərazisindəki dəmir yolunda tez-tez baş verən partlayışlarla əlaqədar, Azərbaycandan bu istiqamətə gedən qatarlara tələbat 20-30 faiz azalıb.

Nəzirovun sözlərinə görə, partlayış həm sərnişin, həm də yükdaşımalarına mənfi təsir göstərir və qatarların hərəkət qrafikində gecikmələrə gətirib çıxarır.

Son vaxtlar Dağıstan ərazisindən keçən dəmir yollarında partlayışlar vüsət alıb. İyulun 15-də partlayış qurğusu lokomativ və iki qum vaqonundan ibarət buferli qatarın hərəkəti zamanı baş verib.

Belə hadisələrin baş verməsi nəticəsində, Azərbaycandan gedən və Azərbaycana gələn qatarların geçikməsi halları yer alır. Bu gün "Azərbaycan Dəmir Yolları" QSC Dağıstan ərazisi vasitəsilə Moskva, Sankt-Peterburq, Rostov, Tümen, Kiyev, Xarkov və digər şəhərlər istiqamətlərində reyslər həyata keçirir.

Xəbər lenti

Xəbər lenti