...

AzTEST idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı kimi akkreditasiya edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2010 17:51 (UTC +04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət KomitəsininTəcrübə-Sınaq Mərkəzi (AzTEST) AZS Milli Akkreditasiya Sistemində idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı kimi akkreditasiya edilib.
AzTEST idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı kimi akkreditasiya edilib

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət KomitəsininTəcrübə-Sınaq Mərkəzi (AzTEST) AZS Milli Akkreditasiya Sistemində idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı kimi akkreditasiya edilib. Bu barədə Dövlət Komitəsinin cümə günü yayılan məlumatında deyilir.

"AzTEST sertifikatlaşdırma orqanı öz akkreditasiya sahəsinə uyğun olaraq, məhsul istehsal edən və ya xidmət göstərən təşkilatların sertifikatlaşdırılması, idarəetmə sistemlərinin yaradılması və tətbiqi üçün təlimlərin keçirilməsi işlərini həyata keçirir", - məlumatda qeyd olunub.

Orqanın akkreditasiya sahələri aşağıdakılardır:

Keyfiyyəti idarəetmə sistemi - AZS İSO 9001:2009

Qida təhlükəsizliyi idarəetmə sistemi - İSO 22000:2005

Ətraf mühiti idarəetmə sistemi - İSO 14001:2004

Əməyin mühafizəsi idarəetmə sistemi - AZS STB 18001:2008

AzTEST sertifikatlaşdırma orqanında sertifikatlaşdırma işlərində böyük təcrübəyə malik Avropa ölkələrində təlim və təcrübə keçmiş auditorlar çalışır.

Xəbər lenti

Xəbər lenti