...

Azərbaycanda uyğunluq sertifikatı olmayan idxal məhsullarının satışı müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2010 17:52 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları quruma daxil olmuş rəsmi müraciət əsasında keçirdikləri monitorinq zamanı qanun pozuntusu müəyyən ediblər.
Azərbaycanda uyğunluq sertifikatı olmayan idxal məhsullarının satışı müəyyən edilib

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları quruma daxil olmuş rəsmi müraciət əsasında keçirdikləri monitorinq zamanı qanun pozuntusu müəyyən ediblər. Bu barədə Komitənin məlumatında deyilir.

Belə ki, "New World Trading Centre" MMC-nin Bakının Yasamal və Səbail rayonlarında yerləşən ticarət şəbəkələrində aparılmış araşdırma zamanı müəyyən olunub ki, xarici ölkələrin istehsalı olan idxal məhsullarının təhlükəsizliyini və keyfiyyətini əks etdirən sənədlər mövcud deyil. Sertifikatsız məhsul növlərinin markalanması Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun deyil.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisəyə iradnamə və məhsulların partiya satışının qadağan olunması barədə tələbnamə verilib.

Komitənin 22 iyul 2010-cu il tarixli sərəncamına əsasən, Yasamal rayonunda yerrləşən marketdə təkrar araşdırma aparılıb və müəyyən olunub ki, məhsul partiyasının satışının qadağan edilməsi ilə bağlı verilmiş məcburi göstərişlər yerinə yetirilməyib.

Qanun pozuntusu ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 317.2 maddəsinə əsasən protokol tərtib edilib.

Xəbər lenti

Xəbər lenti