...

TRACECA öz layihələrindən birini uzatmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2010 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir E.İsmayılov/

TRACECA (Avropa-Qafqaz-Asiya) nəqliyyat dəhlizinin iştirakçıları "Qara və Xəzər dənizlərinin dəniz yolları" layihəsini uzatmaq niyyətindədirlər. Bu barədə TRACECA-nın Azərbaycan üzrə milli katibi Akif Mustafayev bildirib.

"Bu layhihə tamamlanma mərhələsindədir və onu pilot layihə kimi uzatmaq niyyətindəyik", - Mustafayev deyib.

Mili katib bu məqsədlə iyulun 27-dən 29-dək layihənin bir sıra ekspertlərini onların Azərbaycanın nəqliyyat sektorunun strukturları ilə əlaqələrin qurulmasına kömək göstərməsi üçün qəbul edəcək.

Hazırda TRACECA-nın iştirakçı dövlətləri Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna və İrandır.

Xəbər lenti

Xəbər lenti