...

Bakıda yeraltı keçidin inşası ilə bağlı Ələsgər Ələkbərov küçəsindən Parlament prospektinə qədər hərəkət dayandırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2010 19:10 (UTC +04:00)
İyulun 24-dən etibarən yeraltı keçidin tikilməsi ilə bağlı Ələsgər Ələkbərov küçəsindən Parlament prospektinə qədər hərəkət dayandırılacaq.
Bakıda yeraltı keçidin inşası ilə bağlı Ələsgər Ələkbərov küçəsindən Parlament prospektinə qədər hərəkət dayandırılacaq

Аzərbaycan, Bakı, 23 iyul /Trend, müxbir E.İsmayılov/

İyulun 24-dən etibarən yeraltı keçidin tikilməsi ilə bağlı Ələsgər Ələkbərov küçəsindən Parlament prospektinə qədər hərəkət dayandırılacaq. Bu barədə cümə günü Azərbaycan Nəqliyyat Nazirliyindəki mənbə məlumat verib. Keçid Parlament prospektində inşa olunacaq.

Mənbənin sözlərinə görə, bu istiqamətdə hərəkət bütün işlər başa çatdıqdan, xüsusilə də kommunikasiya xətlərinin köçürülməsindən sonra açılacaq.

"Bu istiqamətdə yolun bağlanması avtomobillərin hərəkətinə təsir etməyəcək, belə ki, sürücülər bu istiqamətdə alternativ yollardan istifadə edə bilərlər", - mənbə bildirib.

Xəbər lenti

Xəbər lenti