...

Bakıda qeyri-yaşayış obyektləri bazarı ucuzlaşmaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2010 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İ.Xəlilova/

İyunda Bakının kommersiya obyektləri bazarında qiymətlər iyuna nisbətən 0,3 faiz enib. Qeyri-yaşayış obyektlərinin icarəsi isə 0,2 faiz ucuzlaşıb. Bu barədə çərşənbə axşamı "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib.

İyunda qeyri-yaşayış sahələri bazarında təkliflərin sayı 3 faiz azalıb.

"Qiymətlərin sabitləşməsinə baxmayaraq, təkliflərin aşağı səviyyəsi ekspozisiya müddətinin artmasına gətirib çıxarmayıb", - təşkilatın ekspertləri hesab edirlər.

Ötən illə müqayisədə Bakıda indekslər üzrə qiymətlər 3,2 faiz, mayla müqayisədə 0,4 faiz azalıb.

İyun ərzində təkliflər 6,5 azalıb ki, bu da mövsüm amili ilə bağlı bazarda passivliyin dərinləşməsi ilə izah olunur.

İyunda qeyri-yaşayış sahələri və icarə bazarında qiymətlərin nisbətən ucuzlaşması müşahidə olunub. Qeyri-yaşayış sahələrinin satış qiymətləri 0,4 faiz, icarə qiymətləri isə 0,3 faiz azalıb.

İyunda Bakıdakı qeyri-yaşayış sahələrinin bir kvadrat-metrinini orta qiyməti mayda 2958 dollardan iyunda 2950 dollaradək ucuzlaşıb. Aparılan araşdırmalara görə, birinci rübə nisbətən qiymətlərin ucuzlaşması 1 faiz, ötən ilin iyun ayı ilə müqayisədə isə 2 faiz təşkil edib.

Şəhərin zonaları üzrə qeyri-yaşayış sahələrinin qiymətləri müvafiq olaraq 0,1, 0,2, 0,3 və 0,6 faiz düşüb. Ötən ay ərzində şəhərin heç bir rayonunda bazarda orta qiymət artımı müşahidə olunmayıb, ən çox azalma isə 0,8 faiz olmaqla, Binəqədi rayonunda müşahidə olunub.

Bazarda orta qiymətdən aşağı (bir kvadrat-metri 2958 dollara) təklif olunan qeyri-yaşayış obyektlərinin payı qeyri-yaşayış obyektləri bazarının ümumi portfelinin 53,4 faizini təşkil edib.

Xəbər lenti

Xəbər lenti