...

Azərbaycanda çörək istehsalı prosesini pozan daha bir müəssisə aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2010 18:53 (UTC +04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakının Sabunçu rayonunda yerləşən kürə çörəyi istehsal edən "Sərham" MMC müəssisəsində istehsal prosesində pozuntular aşkar edib.
Azərbaycanda çörək istehsalı prosesini pozan daha bir müəssisə aşkar olunub

Аzərbaycan, Bakı, 27 iyul /Trend/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakının Sabunçu rayonunda yerləşən kürə çörəyi istehsal edən "Sərham" MMC müəssisəsində istehsal prosesində pozuntular aşkar edib. Bu barədə çərşənbə axşamı Dövlət Komitəsindən verilən məlumatda deyilir.

Baxış zamanı müəssisədə çörək istehsalı prosesində istifadə edilən xammalın (un, duz) saxlanılmasının normativ sənədlərin tələblərə uyğun gəlmədiyi aşkar olunub.

Sexdə 30 ədəd 50 kiloqramlıq un torbası və mənşəyi məlum olmayan 43 ədəd 30 kiloqramlıq duz kisəsi aşkarlanıb. Çörəyi yoxlanılması üçün müəssisədə fəaliyyət göstərən laboratoriya tələblərə cavab verməyib.

Hazırda müəssisədə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti