...

Gürcüstan Prezidenti Azərbaycan və Ermənistan sərhədlərində gömrük nəzarətini sadələşdirmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2010 10:47 (UTC +04:00)
Gürcüstan sərhəd üzrə hərəkəti təkcə Türkiyə ilə deyil, həm də regionun digər ölkələri - Ermənistan və Azərbaycanla da sadələşdirməyə çalışmalıdır. Bu barədə Gürcüstan Prezidenti Mixail Saakaşvili Maliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə deyib.
Gürcüstan Prezidenti Azərbaycan və Ermənistan sərhədlərində gömrük nəzarətini sadələşdirmək istəyir

Gürcüstan, Tbilisi, 28 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan sərhəd üzrə hərəkəti təkcə Türkiyə ilə deyil, həm də regionun digər ölkələri - Ermənistan və Azərbaycanla da sadələşdirməyə çalışmalıdır. Bu barədə Gürcüstan Prezidenti Mixail Saakaşvili Maliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə deyib.

O hesab edir ki, bu ölkələrlə gömrük rejimi Türkiyəyə göstərilən münasibətlə eyni olmalıdır.

"Bizi çətin danışıqlar gözləyir, lakin mən artıq erməni tərəfinin razılığını almışam. Biz sistemlərimizi inteqrasiya etmək üçün Azərbaycan tərəfi ilə işləməliyik, çünki vətəndaşlarımızın və yüklərin hərəkəti sadələşsin və son nəticədə iqtisadiyyatın inkişafı gücləndirilsin", - Saakaşvili qeyd edib.

Prezident Türkiyə sərhədi üzrə hərəkətdə əldə olunan uğurları vurğulayıb. "Digər tərəfdən, bizə Türkiyə ilə sərhəddə heç bir növbə və maneə lazım deyil. Bizdə də Avropada və digər sivil ölkələrdə olduğu kimi olmalıdır. "Bir pəncərə" prinsipi üzrə vahid nəzarət-buraxılış məntəqəsi olmalıdır və maşınlar maneəsiz hərəkət etməlidir", - Prezident bildirib.

Saakaşvili işarə edib ki, sərhəd keçidi üzrə belə prinsip Ermənistan və Azərbaycanla xüsusi aktuallığa malikdir.

Eyni zamanda, Gürcüstan Prezidenti gürcü gömrükçülərinin şəxsi əşyaları və yükləri saxlayarkən tez-tez Gürcüstan vətəndaşlarını və əcnəbiləri alçaltdıqlarına görə narazılığını bildirib. O xatırladıb ki, xaricdə yoxlama əsaslı şühbə olduğu zaman təsadüfi hallarda aparılır və bu üsuldan tez-tez istifadə etmək lazım deyil.

"Məsələn, bu günlərdə Gürcüstana ispan turistləri gəlib, lakin mən sizə indidən deyə bilərəm ki, onlar bir daha bizim ölkəyə gəlməyəcəklər; belə ki, onlar yoxlanılıblar və bu onlara aydın deyil, çünki bu təhqiredicidir və mən istəyirəm, gömrükçü formasında belə şəxslər bizdə işləməsinlər", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti