...

Azərbaycanın Əmək Nazirliyi əhaliyə göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə monitorinqləri bərpa etməyi planlaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2010 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir-üç ay ərzində əhaliyə göstərilən xidmətlərin keyfiyyətini qiymətləndirmək məqsədilə monitorinqləri bərpa etməyi planlaşdırıb. Bu barədə çərşənbə günü nazirliyin Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov bildirib.

"Əhaliyə yüksək səviyyədə xidmətlərin göstərilməsi məqsədilə nazirlik mütəmadi olaraq monitorinqlər keçirir, vətəndaşlardan nazirliyin ünvanına daxil olan şikayət ərizələrinin təhlili əsasında tədbirlər görülür", - Qasımov vurğulayıb.

Onun sözlərinə görə, son yarımildə ciddi pozuntulara görə əhalinin sosial müdafiəsi üzrə şəhər və rayon mərkəzlərinin iki əməkdaşı tutduqları vəzifədən azad ediliblər, bir əməkdaş aşağı vəzifəyə keçirilib, üç əməkdaşın ixtisas dərəcəsi bir piilə aşağı salınıb, səkkiz əməkdaşın vəzifə üzrə əməkhaqqısı altı ay müddətinə azaldılıb, 23 işçi töhmət alıb, üç əməkdaşa isə xəbərdarlıq edilib.

"İyulun 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında nazirlik əməkdaşlarının vətəndaşlarla münasibətlərinin yaxşılaşdırılması ilə bağlı kadrların hazırlanması məsələsi də qəbul olunan qərarda öz əksini tapıb, - Qasımov qeyd edib. - Dünya Bankının dəstəyi sayəsində biz kursları davam etdirməyi, əhalinin sosial müdafiəsi üzrə mərkəzlərin maddi-texniki bazasının möhkəmləndirilməsini planlaşdırmışıq".

Xəbər lenti

Xəbər lenti