...

Azərbaycanda "Avto Baku in Grundung LTD" şirkətinin avtomobil hissələri idxalına qadağa tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2010 15:29 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Avto Baku in Grundung LTD" MMC-də (avtomobil hissələri idxalçısı) ətraf mühitin mühafizəsi, məhsulun keyfiyyət təhlükəsizliyi və əhalinin sağlamlığının qorunması sahəsində tələblərin pozulmasının qarşısını almaq məqsədilə araşdırma aparıb. Bu barədə Dövlət Komitəsinin cümə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycanda "Avto Baku in Grundung LTD" şirkətinin avtomobil hissələri idxalına qadağa tətbiq edilib

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir N.İsmayılova/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Avto Baku in Grundung LTD" MMC-də (avtomobil hissələri idxalçısı) ətraf mühitin mühafizəsi, məhsulun keyfiyyət təhlükəsizliyi və əhalinin sağlamlığının qorunması sahəsində tələblərin pozulmasının qarşısını almaq məqsədilə araşdırma aparıb. Bu barədə Dövlət Komitəsinin cümə axşamı yaydığı məlumatda deyilir.

Araşdırma zamanı təşkilatın rəhbəri Çakar Özgan və digər əməkdaşlar yoxlamaların və digər yoxlama tədbirlərinin aparılmasına maneçilik törədərək, qanunvericiliyin tələblərinin pozulmasına yol veriblər.

Bununla əlaqədar, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, təşkilatın rəhbəri Özgana qarşı protokol tərtib edilib və o, 4 000 manat məbləğində cərimə olunub.

Təşkilat tərəfindən Azərbaycan Dövlət Gömrük Komitəsinə müəyyən təhlükəsizlik və keyfiyyət sertifikatları ilə təsdiqlənmədən idxal olunan malların rəsmən bildirilməsi haqqında xahişlə məktub göndərilib.

Xəbər lenti

Xəbər lenti