...

Azərbaycanın "Kristal-N" şirkətinin duz istehsalına qadağa qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2010 17:25 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Kristal-N" firması tərəfindən duz istehsalı prosesində metroloji qaydalara və standartların tələblərinə riayət olunmaması faktlarını aşkara çıxarıb.
Azərbaycanın "Kristal-N" şirkətinin duz istehsalına qadağa qoyulub

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Kristal-N" firması tərəfindən duz istehsalı prosesində metroloji qaydalara və standartların tələblərinə riayət olunmaması faktlarını aşkara çıxarıb. Bu barədə Dövlət Komitəsinin cümə axşamı yaydığı məlumatda bildirilir.

Məlumatda deyildiyi kimi, istehsal prosesində müəssisə rəhbərliyi qanunvericiliyin tələblərini pozub. Bu və digər aşkar olunan çatışmazlıqlarla bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq protokol tərtib olunub və cərimə tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti