...

Azərbaycanda ilin birinci yarısında 350-dən çox daşınmaz dövlət əmlakı obyekti icarəyə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2010 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir N.İsmayılova/

İlin birinci yarısında 351-ə yaxın daşınmaz dövlət əmlakı obyekti və 96-ya yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov idarənin kollegiya iclasında bildirib.

"Hesabat dövründə qeyri-yaşayış sahələrinin, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə 1,9 milyon manat vəsait daxil olub", - Həsənov bildirib.

Onun sözlərinə görə, iyulun 1-nə olan məlumata əsasən, 17 minə yaxın torpaq sahəsi, o cümlədən fiziki və qeyri-dövlət hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi 6034 torpaq sahəsi haqqında məlumatlar Registrdə qeydiyyata alınıb.

"Cari ilin yanvar-iyun aylarında avtomatlaşdırılmış ödəniş sistemi vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 5811 ödəniş həyata keçirilib", - Həsənov qeyd edib.

İyulun 29-na olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti