...

"Parabank" və "AzSığorta" şirkəti əməkdaşlıq sazişi imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2010 19:54 (UTC +04:00)
Azərbaycan bankı "Parabank" və "AzSığorta" sığorta şirkəti əməkdaşlıq sazişi imzalayıblar.
"Parabank" və "AzSığorta" şirkəti əməkdaşlıq sazişi imzalayıblar

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Azərbaycan bankı "Parabank" və "AzSığorta" sığorta şirkəti əməkdaşlıq sazişi imzalayıblar. Bu barədə bankın məlumatında deyilir.

Bu əməkdaşlıq çərçivəsində "Parabank" öz müştərilərini "AzSığorta" şirkətinin təqdim etdiyi səyahət və səfər sığortası ilə təmin edəcək.

"AzSığorta" ASC 2006-cı ilin noyabrından Azərbaycan sığorta bazarında fəaliyyət göstərir. Şirkət sığortanın 31 növü üzrə xidmət göstərir. Onlardan dördü icbaridir.

1991-ci ildə yaradılan müstəqil Azərbaycanın ilk kommersiya banklarından olan "Parabank" öz müştərilərinə geniş çeşiddə universal maliyyə xidmətləri təklif edir.

"Bu razılaşma banka mövcud və potensial müştərilərinə təklif edilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə imkan verəcək", - məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti