...

Azərbaycanda daha bir prossesinq mərkəzi işə salınacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2010 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir N.İsmayılova/

"Royal Bank" 2010-cu ilin sonlarınadək işə salınacaq öz prossesinq mərkəzinə qoşulmaq barədə beş bankla razılaşma əldə edib. Bu barədə bankın İdarə Heyətinin sədri Samir Əkbərov bildirib.

"Prossesinq mərkəzi artıq işəsalınma mərhələsindədir, bizdə test rejimləri olub və bir ay-ayyarım ərzində onu tam işə salmaq niyyətindəyık. Bank, qoşulmaqla bağlı, artıq 5 Azərbaycan bankı ilə razılaşma əladə edib", - Əkbərov bildirib.

Onun sözlərinə görə, bank prossesing mərkəzinin yaradılmasında İrlandiyanın Sysnet şirkəti ilə əməkdaşlıq edir. Prossesinq mərkəzi Visa, MasterCard, CUP, JSP kimi ödəniş sistemlərinə qoşulacaq.

"Prossesinq mərkəzinin yaradılması bankımızın əsas nailiyyətlərindən biridir. Onun sayəsində bank öz müştərilərinə daha geniş və təhlükəsiz xidmət çeşidləri təqdim edəcək", - o deyib.

Onun sözlərinə görə, bank xüsusi dempinq siyasəti yürütmək niyyətində deyil, lakin prossesinq mərkəzinin açılışı tarif siyasətində müəyyən dəyişikliklər edəcək.

Mərkəz sertifikatlaşanadək "Sysnet" şirkəti ödəniş sistemlərinin cari vəziyyəti ilə bağlı hesabat təqdim etmək üçün bankın auditini keçirmək niyyətindədir.

"Sysnet" şirkətinin Ukraynada və MDB-də biznesin inkişafı üzrə meneceri İqor Leqkodumov deyib ki, şirkət artıq bankın cari vəziyyətini və PCI DSS standartlarına cavab verən səviyyəyə gətirilməsi üçün təkmilləşdirilməsi vacib olan sahələri müəyyən edən ilk audutini keçirib.

"İkinci mərhələ bütün nöqsanların aradan qaldırılmasından ibarətdir, o daha uzun və çox zəhmət tələb edəndir, 1 ildən 6 ayadək vaxt aparacaq. "Royal Bank" onu mümkün qədər qısa müddətə başa çatdırmağı planlaşdırır və bizim proqnozlarımıza görə, o, yarım il vaxt aparacaq", - Leqkodumov deyib.

Üçüncü mərhələdə, adətən, 1 həftəyə yaxın davam edən əlavə auditin aparılması nəzərdə tutulub, sertifikata baxılması isə bir neçə ay uzana bilər.

"Hesab edirik, ilin sonuna və ya 2011-ci ilin birinci rübünədək biz "Royal Bank"a sertifikat verə bilərik", - o deyib.

Bu günədək "Royal Bank" 21 min plastik kart buraxıb. Bankın biznes-planı yaxın 2-3 il ərzində onların sayının 200-300 min ədədədək çatdırılmasına yönəlib.

"Royal Bank" 1993-cü il avqustun 2-də "OZ Bank" birgə kommersiya bankı kimi fəaliyyətə başlayıb. Sonradan bankın adı dəyişdirilib və hazırda o, "Royal Bank" adlanır.

Bu gün Azərbaycanda dörd prossesinq mərkəzi - "Azericard", "Milli Kart", "TexKart" və "Kapital Bank" fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti