...

Neft-qaz sənayesi üçün təhlükəsizlik sistemlərinin rusiyalı hazırlayıcısı Azərbaycanda nümayəndəlik açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2010 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir N.İsmayılov/

İyun ayında Azərbaycanda "bir pəncərə" sistemi vasitəsilə Rusiyanın "Elektronstandart-pribor Azərbaycan" şirkəti qeydiyyatdan keçib. Bu barədə ölkənin Vergilər Nazirliyinin rəsmi saytında "bir pəncərə" bölməsində deyilir.

Onun təsisçisi Rusiyanın "Elektronstandart-pribor" şirkətidir.

Təşkilat kommersiya fəaliyyəti üzrə dövlət qeydiyyatından 25 iyun 2010-cu il tarixdə keçib. Şirkətin nümayəndəsi Rusiya vətəndaşı Valeri Selindir. Şirkət 10 min dollar nizamnamə kapitalı ilə qeydə alınıb.

"Elektronstandart-pribor" şirkəti neft və qaz sənayesinin obyektləri üçün yanğın və qaz təhlükəsizliyi sistemlərinin layihəçisi, istehsalçısı və tədarükçüsüdür.

Şirkət təsis olunduğu gündən indiyədək "Transneft" ASC, "Qazprom" ASC, "Lukoyl" ASC, "Rosneft" ASC, "TNK-BP", "Surqutneftqaz" şirkətləri kimi şirkətlərlə əməkdaşlıq edir və müxtəlif obyektlərin layihələşdirilməsi, tikintisi, abadlaşdırılması və yenidən qurulmasında iştirak edir.

Xəbər lenti

Xəbər lenti