...

Azərbaycanda mülkiyyət hüququ üzrə qeydiyyatların sayında il ərzində demək olar, 17 % artım müşahidə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2010 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir H.İsmayılova/

2010-cu ilin yanvar-may aylarında Azərbaycanda 38793 obyekt mülkiyyət hüququ üzrə qeydiyyatdan keçib ki, bu da ötən ilin analoji dövrünün müvafiq göstəricisindən 7,2 faiz çoxdur. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin dərc etdirdiyi "Daşinmaz Əmlak" jurnalında deyilir.

Qeydiyyatların ümumi sayında mənzillərin payı 40 faizdən çox, torpaq sahələri 32 faiz, fərdi evlər və baq sahələri 20 faiz və s. təşkil edir.

Ölkənin daşınmaz əmlak bazarında əməliyyatların 43,4 faizi Bakının payına düşür. Bakıda ilk beş ay ərzində 16831 əmlak obyekti qeydiyyata alınıb ki, onların üçdə ikisi mənzillərin payına düşür. Qeyri-yaşayış sahələri, mənzillər və çoxmərtəbəli binalar üzrə əməlijyyatların 70 faizi Bakının payına düşür. Bu zaman torpaq sahələri üzrə əməliyyatların 79 faizi, fərdi yaşayış evləri və qeyri-yaşayış binalarının 72 faizi, əmlak kompleksləri üzrə əməliyyatların 64,5 regionların payına düşür.

Məqalədə deyildiyi kimi, may, eləcə də bütün yanvar-may dövrü ərzində daşınmaz əmlak bazarında canlanma müşahidə olunub. Mayda paytaxtda mülkiyyət hüququ üzrə qeydiyyatların sayı ötən ilin may ayı ilə müqayisədə 50 faiz, il ərzində yanvar-may aylarında 16,6 faiz artıb.

Xəbər lenti

Xəbər lenti