...

Avqustda Bakıda torpaq sotunun orta qiyməti cüzi azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2010 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir А.Axundov/

Avqustda Bakıda torpağın bir sotunun orta qiyməti 14 136-dan 14 132 dollara qədər azalıb. Bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən verilən məlumatda deyilir.

"Qiymətlər cüzi şəkildə azaldığına görə, göstəricilərə təsir etməyib", - məlumatda deyilir.

"Qiymətlərin artması yalnız şəhərin ikinci zonasında qeydə alınıb. Birinci, üçüncü və dördüncü zonalarda torpağın qiyməti azalmaqda davam edir ki, bu da real bazar qiymətinin artması ilə bağlıdır", - məlumatda deyilir.

Şəhərin birinci zonasında torpağın bir sotunun qiyməti 0,2 faiz azalaraq 171 000 dollar, üçüncü zonada 0,2 faiz azalaraq 18 756 dollar, dördüncü zonada 0,1 faiz azalaraq 3 540 dollar təşkil edib. Qiymətlərin ikinci zonasında 0,3 faiz artaraq 96259 dollar təşkil edib.

Birlik ekspertlərinin hesablamalarına görə, şəhərin mərkəzində torpaq sahələrinə qoyulan həddindən artıq yüksək qiymətlər şəhərin birinci zonasında tələbatın azalması ilə paralel olaraq qiymətlərin aşağı düşməsinə səbəb olub.

Ötən aylardan fərqli olaraq, avqustda dördüncü zonada qiymətlərin aşağı düşməsi tədricən nisbi xarakter almağa başlayıb.

Real dəyərlər üzərində qiymət artımı torpaq gəlirinə ciddi təsir etməsə də, ekspozisiya müddətinin artırılması və satış səviyyəsinin aşağı düşməsinə təsir göstərib.

Bununla yanaşı, mülkiyyətin bu növünə maraq torpaq sahələrinin hələ də girov kimi sitifadə oluna bilməməsinə görə aşağı düşüb.

İyunda ən aşağı qiymətlər Yasamal rayonunda müşahidə olunub - 0,7 faiz. Ən yüksək qiymət artımı Bakının Qaradağ rayonunda - 0,5 qeydə alınıb. Ötən ay torpaq bazarında nisbətən fəal rayonlar Binəqədi və Xətai rayonları olub. Ən passiv isə, ötən aylardakı kimi, Nəsimi rayonu olub.

Avqustda ən baha torpaq sahəsi - bir sotu 250 min dollar olmaqla - Bakının Nəsimi rayonunda, ən ucuz - Abşeron rayonunda təklif edilib - 350 dollar.

Avqustda Bakının torpaq bazarında 797,4 hektar torpaq təklif olunub ki, onun 77,8 faizi boş sahələr, qalanı isə yaşayış məntəqələrinin payına düşür.

Bazarda torpağın ekspozisiya müddəti ötən aylarda olduğu kimi qalıb.

Xəbər lenti

Xəbər lenti