...

İl ərzində Azərbaycan bankları plastik kartların emissiyasını 7 faizdən çox artırıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2010 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, avqustun sonuna ölkədə 4 053 min ədəd ödəniş kartı olub ki, bu da ayın əvvəlinə olan analoji göstəricidən 2,4 faiz azdır, 2009-cu il sentyabrın əvvəlinə olan göstəricini isə 7,4 faiz ötür.

Hesabat dövründə debet kartlar üzrə əməliyyatların sayı ümumi həcmi 400 milyon manat olmaqla 3308 min təşkil edib.

Debet kartlar üzrə əməliyyatların ümumi sayından bankomatlar vasitəsilə 374 milyon manat məbləğində 3189 min, POS-terminallar vasitəsilə 17 milyon manat məbləğində 17 min əməliyyat yerinə yetirilib.

Avqustda kredit kartları üzrə ümumi məbləği 56 milyon manat olan 202 min əməliyyat həyata keçirilib.

Kredit kartları üzrə əməliyyatların ümumi sayından bankomatlar vasitəsilə 19 milyon manat məbləğində 78 min, POS-terminallar vasitəsilə 12 milyon manat məbləğində 16 min əməliyyat yerinə yetirilib.

Oktyabrın 2-nə olan rəsmi məzənnə 0,8026 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti