...

Azərbaycan bankının 30 milyon manat məbləğində istiqraz emissiyaları qeydiyyata alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2010 14:12 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Muğan Bank"ın 30 milyon manat məbləğində faizli adsız sənədli istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Azərbaycan bankının 30 milyon manat məbləğində istiqraz emissiyaları qeydiyyata alınıb

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Muğan Bank"ın 30 milyon manat məbləğində faizli adsız sənədli istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Bu barədə QKDK-nın məlumatında deyilir.

Komitə hər birinin nominal dəyəri 50 manat olan 600 min istiqrazdan ibarət emissiya prospektini qeydiyyata alıb. İstiqrazların yerləşdirilməsi açıq yazışma üsulu ilə keçiriləcək.

"Muğan Bank" 1992-ci ildən etibarən fəaliyyət göstərir. Hazırda ölkədə bankın 26 filialı və dörd şöbəsi var. Bankın nizamnamə kapitalı 15 milyon manat təşkil edir. "Muğan Bank" 100 faizli Azərbaycan bankıdır.

Oktyabrın 2-nə olan rəsmi məzənnə 0,8026 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti