...

Azərbaycan bankı kredit siyasətini dəyişmək niyyətində deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2010 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Bank of Baku" 2010-cu ilin sonunadək kredit portfelinin həcmini 180-190 milyon manata çatdırmağı planlaşdırır. Bu barədə bankın İdarə Heyətinin sədri Cəlal Qasımov deyib.

"Bank əsasını ümumi portfeldə 60 faiz xüsusi çəki ilə istehlak kreditlərinin təşkil etdiyi, 10 faizinin isə mikrokreditləşmənin payına düşdüyü kredit siyasətini dəyişməyi planlaşdırmır", - Qasımov bildirib.

Onun sözlərinə görə, indi bankın kredit portfeli 170 milyon manata yaxındır.

"Bankın problemli kreditləri ümumi həcmin altı faizinə yaxındır ki, bunu da biz çox yaxşı göstərici hesab edirik. Biz portfelin keyfiyyətindən razıyıq, ötən ilin ortalarında uzatmaların həcmi 7,5 faiz təşkil edib, indi isə bunun azalması müşahidə olunur", - Qasımov qeyd edib.

"Bank of Baku" iki yerli bank - "Bank of Baku" və İlkBank" KM barkının birləşməsi nəticəsində 2005-ci ildə yaradılıb. Hazırda bankın beş səhmdarı, üç hüquqi və iki fiziki şəxsi var. Bankın ödənilmiş nizamnamə kapitalı 12,852 milyon manat təşkil edir.

Oktyabrın 4-nə olan rəsmi məzənnə 0,8024 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti