...

Azərbaycan bankı "Bank of Baku" müəllimlər üçün yeni kredit kampaniyasını reallaşdırmağa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2010 13:31 (UTC +04:00)
Azərbaycan bankı "Bank of Baku" Beynəlxalq Müəllimlər Günü münasibətilə "Bizim əziz müəllimlərə!" şüarı altında yeni kampaniyanın həyata keçirilməsinə başlayıb. Bu barədə bankın çərşənbə axçamı yaydığı məlumatda deyilir.
Azərbaycan bankı "Bank of Baku" müəllimlər üçün yeni kredit kampaniyasını reallaşdırmağa başlayıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Azərbaycan bankı "Bank of Baku" Beynəlxalq Müəllimlər Günü münasibətilə "Bizim əziz müəllimlərə!" şüarı altında yeni kampaniyanın həyata keçirilməsinə başlayıb. Bu barədə bankın çərşənbə axçamı yaydığı məlumatda deyilir.

"Bank əhalinin bütün təbəqələrinə qayğı və diqqət göstərərək, pedaqoqlara daha sərfəli kreditlərdən istifadə etməyi məsləhət görür", - məlumatda bildirilir.

Müəllimlər üçün nəzərdə tutulmuş kampaniya 2010-cu il oktyabrın 5-31-də keçiriləcək. Kampaniyanın əsas üstünlüklərindən biri ondan ibarətdir ki, "Bank of Baku"nun "Nağd pul" kredit məhsulundan istifadə edən müəllimlər üçün bu kampaniya ikifaizli endirim nəzərdə tutur. Şərtlərə görə, kreditin maksimum müddəti - 24 ay, maksimum məbləği 4 000 dollardır, təkrar müştərilər üçün maksimum məbləğ 4 500 dollar təşkil edir. Əgər bu məbləğ 1 500 dolları ötərsə, o zaman zaminlik tələb olunur.

Bu kampaniyada yalnız bankın filiallarının fəaliyyət göstərdikləri ölkə regionlarındakı təhsil sahəsinin işçiləri iştirak edə bilərlər.

Xəbər lenti

Xəbər lenti