...

Azərbaycan Mərkəzi Bankı "Contact" sistemi ilə pul köçürmələrinin həyata keçirilməsinə qadağanı ləğv edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2010 13:56 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı "Contact" ödəmə sistemi ilə ölkənin ticari bankları vasitəsilə pul köçürmələrinin həyata keçirilməsinə qadağanı ləğv edib. Bu barədə çərşənbə axşamı AMB-nin kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin rəhbəri Rəşad Orucov deyib.
Azərbaycan Mərkəzi Bankı "Contact" sistemi ilə pul köçürmələrinin həyata keçirilməsinə qadağanı ləğv edib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı "Contact" ödəmə sistemi ilə ölkənin ticari bankları vasitəsilə pul köçürmələrinin həyata keçirilməsinə qadağanı ləğv edib. Bu barədə çərşənbə axşamı AMB-nin kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin rəhbəri Rəşad Orucov deyib.

"Şirkətin nümayəndələri tərəfindən danışıqlar aparılıb və onlar buraxılmış səhvləri etiraf edərək, onları texniki səbəblərlə əlaqələndiriblər. Şirkət səhvləri düzəldərək onların bir daha təkrarlanmayacağı barədə üzərinə öhdəlik götürüb. Təkrar səhv olarsa, şübhəsiz ki, onların fəaliyyəti dayandırılacaq və Mərkəzi Bank bu məsələyə qayıtmayacaq", - Orucov deyib.

Ötən həftə "Contact" ödəmə sisteminin verdiyi məlumata əsasən, hazırda AMB-nin bütün töhmətləri nəzərə alınıb və səhvlər düzəldilib.

"AKB "RUSSLAVBANK" QSC klirinq bank sistemi - AMB-nin tələblərini yerinə yetirmək məqsədilə daimi əsaslarla müvafiq monitorinq və proqram-texnoloji tədbirlər aparacaq", - məlumatda deyilir.

Avqustun 2-də AMB-nin sərəncamına əsasən, Azərbaycan banklarının pul köçürmələrinin beynəlxalq pul köçürmələri və "Contact" ödəmə sistemi ilə həyata keçirilməsi qadağan olunmuşdu.

Orucovun sözlərinə görə, analoji səbəblərə görə, digər ödəmə sistemləri ("Migom" və "Lider") üzrə əməliyyatların aparılmasına qadağa qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti