...

Azərbaycanda dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığorta olunanların sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2010 17:42 (UTC +04:00)
2010-cu il oktyabrın 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığorta olunanların sayı ilin əvvəli ilə müqayisədə 7,4 faiz artıb.
Azərbaycanda dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığorta olunanların sayı artıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir A.Axundov/

2010-cu il oktyabrın 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığorta olunanların sayı ilin əvvəli ilə müqayisədə 7,4 faiz artıb. Bu barədə çərşənbə axşamı DSMF-nin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda deyilir.

Belə ki, bu ilin 9 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 122 082 sığorta olunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığorta olunanların sayı 1 762 011 nəfərə yüksəlib. Onlardan 974 922 nəfər kişi, 787 089 nəfər isə qadındır.

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, fərdi uçot əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığorta olunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" qanununa görə, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığorta olunanlar ümumi sığorta olunanların 466 824 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığorta olunan vətəndaşlar 416 127 nəfər, 30-40 yaşa kimi sığorta olunanlar 392 574 nəfər, 50-60 yaşa kimi sığorta olunanlar 343 110 nəfər, 60 yaşdan yuxarı olan sığorta olunanlar isə 143 376 nəfərdir.

Xəbər lenti

Xəbər lenti