...

Sentyabrda Azərbaycanda dörd minə yaxın vergi qanunvericiliyinin pozulması faktı aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2010 14:49 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyinin operativ nəzarət üzrə tədbirlərinin yekunlarına görə, sentyabrda 3 933 vergiödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması faktı aşkar olunub. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Vergilər Nazirliyinin operativ nəzarət üzrə tədbirlərinin yekunlarına görə, sentyabrda 3 933 vergiödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması faktı aşkar olunub. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.

Hesabat dövründə 1 026 vergiödəyicisi nağd hesablamaların aparılma qaydasını pozub, 150 nəfərin isə xarici valyutanı ödəniş vəsaiti qismində qəbul etməsi aşkar olunub. Aparılan tədbirlər nəticəsində vergi orqanlarında uçotda olmayan 675 vergiödəyicisi aşkarlanıb, 441 vergiödəyicisi isə xüsusi icazə olmadan fəaliyyət göstərib.

Operativ nəzarət üzrə tədbirlər zamanı 179 vergiödəyicisində əmək müqaviləsi bağlanmadan işə cəlb edilən 221 fiziki şəxs aşkar olunub. 143 vergiödəyicisi sərnişin daşımalarını fərqləndirici işarələr almadan həyata keçirib.

Aksiz markaların tətbiqinə nəzarət məqsədilə 60 vergiödəyicisində müvafiq markasız 1892,7 manat məbləğində 847 ədəd mal aşkar olunub.

Oktyabrın 7-nə rəsmi məzənnə 0,8021 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti