...

Azərbaycan Hesablama Palatası 2011-ci il dövlət büdcəsi layihəsinin ölkə parlamentində müzakirə olunmasını tövsiyə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2010 17:09 (UTC +04:00)
Oktyabrın 6-da Azərbaycan Hesablama Palatasının Kollegiya iclasında "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" qanun layihələrinə Palatanın rəyləri müzakirə olunaraq təsdiq edilib.
Azərbaycan Hesablama Palatası 2011-ci il dövlət büdcəsi layihəsinin ölkə parlamentində müzakirə olunmasını tövsiyə edib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir N.İsmayılova/

Oktyabrın 6-da Azərbaycan Hesablama Palatasının Kollegiya iclasında "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" qanun layihələrinə Palatanın rəyləri müzakirə olunaraq təsdiq edilib. Bu barədə Hesablama Palatasının cümə axşamı yayılan məlumatında deyilir.

Palata tərəfindən qanun layihələrinin Azərbaycan Milli Məclisində müzakirə edilməsi tövsiyə olunub.

İclasda həmçinin, dövlət büdcəsinin Quba rayonu üzrə yerli xərclərinin tərtibi, yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarına ayrılan dövlət vəsaitlərinin icrası, Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mərkəzi aparatının saxlanılmasına və tədbirlərinə ayrılan vəsaitlərin, həmçinin büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə istifadəsinin düzgünlüyü, Naxçıvan Muxtar Respublikası Sanitar Karantin Müfəttişliyinin saxlanılmasına ayrılan vəsaitlərin, həmçinin büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə istifadəsinin düzgünlüyü üzrə Audit proqramları təsdiq olunub.

Hesablama Palatasının fəaliyyətinin tənzimlənməsi məqsədi ilə Palatanın müvafiq struktur bölmələri tərəfindən hazırlanmış "Hesablama Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin nəticələri üzrə qəbul edilən kollegiya qərarlarının icrasına nəzarət edilməsi Qaydaları", "Azərbaycan Respublikası Hesablama Palatasının nəzarət tədbirləri zamanı audit sübutlarının əldə edilməsi Qaydaları" və "Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən xarici ölkələrin ali audit qurumları ilə birgə və paralel nəzarət tədbirlərinin aparılması Qaydaları" da Kollegiya iclasında müzakirə olunaraq təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti