...

Azərbaycanda gömrük rüsumlarının yeni sisteminin tətbiqi sahibkarlar üçün əlverişli şərait yaradacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2010 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın Dövlət Gömrük Komitəsi hökumətə differensiallaşdırılmış tarif sisteminin çoxsəviyyəlidən üçsəviyyəliyə keçidi üzrə təkliflərin son variantını təqdim edib. Bu barədə cümə axşamı DGK-nın Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.

"Onların təsdiq olunması ölkə hökumətindən asılıdır, yeni tarif sisteminə keçidlə ölkədə 0,5 və 15 faiz dərəcələri tətbiq ediləcək", - Vahabov qeyd edib.

Onun fikrincə, belə tarif Azərbaycan üçün qaneedici hesab olunur.

Bu gün Azərbaycanda 2001-ci ildə qəbul olunan gömrük tarifləri sistemi qüvvədə qalmaqda davam edir. İndiyədək respublikada 0, 0,5, 1, 3, 5, 10 və 15 dərəcələri fəaliyyət göstərməkdədir. Əvvəllər hətta dörd - 0, 5, 10 və 15 dərəcələri saxlamaq nəzərdə tutulmuşdu, lakin sonradan 10 faizlik dərəcə təklif edilən paketdən çıxarıldı.

"Gömrük dərəcələrinin üçsəviyyəli sisteminin tətbiqi sahibkarların fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına xidmət edir və aparılan tədqiqatlar göstərib ki, hazırda 0,5, 1, 3 və 10 gömrük dərəcələrinin tətbiq edildiyi malların xüsusi çəkisi idxalın ümumi həcmində çox aşağıdır, - Vahabov bildirib. - Odur ki, bu faizlərin saxlanılması məqəsəduyğun hesab edilmir".

Onun sözlərinə görə, ölkə iqtisadiyyatının gələcək inkişafı məqsədilə indi avadanlıq üçün qoyulan bir və üç faiz dərəcəli gömrük rüsumları sıfıra endiriləcək, hazır məhsul üzrə isə 15 faizədək qaldırılacaq.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması çərçivəsində gömrük orqanlarının üzərinə iki vəzifə düşür. Bunlar gömrük vergi və rüsumlarına yenidən baxılması və yeni modelin tətbiqi, eləcə də intellektual mülkiyyət hüququnun qorunmasının təminindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti