...

Azərbaycan Kredit İttifaqları Assosiasiyası Ümumdünya Bankının layihəsi çərçivəsində treninqlərə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2010 15:40 (UTC +04:00)
Azərbaycan Kredit İttifaqları Assosiasiyası və Kənd Təsərrüfatı Nazirliyi yanında kənd təsərrüfatının kreditləşməsi üzrə Dövlət Agentliyi Ümumdünya Bankının "Kənd təsərrüfatının kreditləşməsi və inkişafı" layihəsi çərçivəsində Kredit İttifaqı Üzvlərinin Assosiasiyası əməkdaşları üçün treninqlər keçir. Bu barədə cümə günü Azərbaycan Kredit İttifaqı Assosiasiyasından verilən məlumatda deyilir. Treninqlər oktyabrın 4-dən noyabrın 10-dək keçiriləcək.
Azərbaycan Kredit İttifaqları Assosiasiyası Ümumdünya Bankının layihəsi çərçivəsində treninqlərə başlayıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Kredit İttifaqları Assosiasiyası və Kənd Təsərrüfatı Nazirliyi yanında kənd təsərrüfatının kreditləşməsi üzrə Dövlət Agentliyi Ümumdünya Bankının "Kənd təsərrüfatının kreditləşməsi və inkişafı" layihəsi çərçivəsində Kredit İttifaqı Üzvlərinin Assosiasiyası əməkdaşları üçün treninqlər keçir. Bu barədə cümə günü Azərbaycan Kredit İttifaqı Assosiasiyasından verilən məlumatda deyilir. Treninqlər oktyabrın 4-dən noyabrın 10-dək keçiriləcək.

"Nizamnamə kapitalının genişləndirilməsi, dividendlərin vacibliyi və yeni kredit məhsullarının inkişafı, marketinq" mövzusunda birinci kurs əvvəlcə Bakıda keçiriləcək, daha sonra isə ölkənin regionlarında  - Masallı, Beyləqan, Bərdə, Gəncə, Qax və Naxçıvan şəhərlərində təşkil olunacaq. Treninqləri aparıcı dünya mütəxəssislərindən biri, Asiyanın Kredit İttifaqı Konfederasiyası Assosiasiyasının sədri Rancif Hettiaraçi aparacaq.

"Saxlanmış kreditlərin yığılması və onların geri qaytarılmasına zəmanət" mövzusunda növbəti treninqi kanadalı ekspert Riçard Veger aparacaq. Treninq 20 oktyabrda Naxçıvanda keçiriləcək və noyabrın 10-dək Masallı, Beyləqan, Bərdə, Gəncə və Qax şəhərlərində davam etdiriləcək.

Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) 2003-cü ildə yaradılıb. AKİA kredit ittifaqlarının (Kİ) həm regional, həm də beynəlxalq səviyyələrdə genişləndirilməsi, yeni Kİ-lərin yaradılmasında birgə fəaliyyəti, Kİ-nin işinin yaxşılaşdırılması, Kİ-nin üzvləri üçün təlimlərin keçirilməsi, Kİ-nin donor təşkilatlarla əlaqələrinin yaradılması, habelə onların hüquqlarının qorunması və s. kimi məsələləri qarşısına məqsəd qoyur.

Xəbər lenti

Xəbər lenti