...

Azərbaycan Mərkəzi Bankı kredit reyestrı qaydalarına dəyişikliklər layihəsini nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2010 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr / Trend,müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı yanında mərkəzləşmiş kredit reyestri qaydalarına dəyişikliklər layihəsi ölkənin Ədliyyə Nazirliyində hüquqi ekspertizadan keçib və Mərkəzi Bankın idarə heyətinin təsdiqinə verilib. Bu barədə Mərkəzləşmiş Kredit Reyestrindən verilən məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, qaydalara edilmiş dəyişikliklər qeyri-bank kredit təşkilatlarının Mərkəzləşmiş Kredit Reyestrinə qoşulmasını və kredit alıcılarının zamin öhdəliklərinin əks olunduğu yeni hesabat növlərinin istismara verilməsini nəzərdə tutur.

Qeyri-bank kredit təşkilatlarının kredit reyestrinə qoşulma imkanı "Qeyri-bank kredit təşkilatları haqqında" qanun qüvvəyə mindikdən sonra əldə edilib və bundan sonra MKR yeni hesabat növlərinin tətbiqi üzrə işləri fəallaşdırıb. Bunun üçün qeyri-bank kredit təşkilatlarının özləri texniki cəhətdən hazır olmalıdır.

Bu günə MKR artıq banklarla birgə qeyri-bank kredit təşkilatlarının məlumat bazasını yaradıb. QBKT-ın kredit reyestrinə qoşulmasını təmin edən "Qeyri-bank kredit təşkilatları haqqında" qanun 2009-cu ilin sonunda ölkə parlamenti tərəfindən qəbul olunub.

Zəmanət hesabatının yeni növündə kredit alıcılarının kredit öhdəlikləri ilə yanaşı onun zamin kimi öhdəlikləri də göstəriləcək. Bununla yanaşı yeni hesabatda kredit alıcılarının cari öhdəliklərini icrası əks olunacaq.

Reyestrdə həm fəal borclar, həm də artıq ödənlmiş kreditlər haqqında məlumat saxlanılacaq. Reyestrdə məlumat ayda bir dəfə ayın ilk iki güün ərzində yenilənəcək. Yeni ayrılmış kreditlər iki iş günü ərzində Reyestr xidmətinə göndəriləcək.

Bu gün reyestr xidmətlərindən yalnız Azərbaycan bankları və onların ölkədə filialları istifadə edə bilərlər.

MKR 2005-ci ilin martından etibarən fəaliyyət göstərməyə başlayıb. Fiziki şəxs üçün bir sorğuya görə tarif 1,1 manat, hüquqi şəxs üçün 2 manat təşkil edir. Kredit reyestri kommersiya məqsədləri güdmür, tariflər isə inzibati xərcləri ödəmək üçün tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti