...

Azərbaycanın iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunə ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2010 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr / Trend,müxbir İ.Xəlilova/

Hüquq siyasəti və dövlət tikintisi, müdafiə və təhlükəsizlik, insan haqları və beynəlxalq münasibətlər üzrə parlament komitələri şənbə günü birgə keçirdikləri iclasda 2011-ci ilə Azərbaycan dövlət büdcəsinin layihəsini bəyəniblər və sənədin Milli Məclisin müzakirəsinə verilməsini məsləhət görüblər.

İclasda parlamentin vitse-spikeri Ziyafət əsgərovun dediyi kimi, büdcə proqnozları çox ehtiyatla hazırlanıb, lakin təcrübə göstərir ki, son 6-7 il ərzində Azərbaycan iqtisadiyyatının artan sürətlə inkişaf etməsinə baxmayaraq, bu düzgün istiqamətdir.

"Bu gün iqtisadiyyatın bütün sahələri inkişaf edir, ona görə də bütün sahələr üçün əsasən maliyyə sənədində maliyyələşmənin həcminin genişlənməsi nəzərdə tutulub",- vitse-spiker deyib.

Ölkənin sürətli iqtisadi inkişafı nəticəsində 2011-ci ildə dövlət büdcəsi vasitəsilə ÜDM-in ümumi həcminin 30 faizi paylanacaq, 2005-ci ildə bu göstərici 15 faiz təşkil edirdi. Bu barədə iqtisadi siyasət üzrə parlament komitəsinin sədri Ziyad Səmədzadə deyib. Bu dövr ərzində əhalinin maddi gəliri dörd dəfə artaraq 29,7 milyard manat təşkil edəcək. 2005-ci əhalinin adambaşına büdcə gəlirləri 180 manat, dövlət xarici borcları 196 manat təşkil edirdisə, gələn il bu göstəricilərin müvafiq olaraq 1320 manat və 250 manata qədər artacağı proqnozlaşdırılır.

Sosial istiqamətli xərclərin xüsusi çəkisi 2004-cü ildə ümumi büdcə xərclərinin (856 milyon manat) 56%-dən 2011-ci ildə 33%-ə enib (dövlət büdcəsinin xərcləri 12,748 milyard manat səviyyəsində proqnozlaşdırılır).

"Bu ondan xəbər verir ki, ölkə əhalisinin sosial təminatı və sosial müdafiəsi ilə yanaşı, dövlət müdafiənin maliyyələşdirilməsi, kapital qoyuluşu və digər istiqamətlərə də böyük diqqət ayırır",- Səmədzadə deyib.

Azərbaycan iqtisadiyyatının müsbət dinamik inkişaf təcrübəsi Avropa Şurasının diqqət mərkəzindədir və Aİ-ın enerji təhlükəsizliyi ilə təminatında mühüm rolu olan Azərbaycan təcrübəsindən inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi istifadənin məqsədəuyğunluğu müzakirə olunur. Bu barədə beynəlxalq münasibətlər üzrə parlament komitəsinin sədri Səməd Seyidov deyib.

"Hətta dünya iqtisadi böhranı şəraitində Azərbaycan xarici kreditorlar və üzvlük haqqı üzrə beynəlxalq təşkilatlar qarşısında nəinki öz öhdəliyini yerinə yetirir, həm də onlara ödəmələri genişləndirir,- Seyidov deyib.- Və Azərbaycanın xarici borcunun hazırkı səviyyəsi (ÜDM-in 7,1 faizi) beynəlxalq standartlara uyğundur".

Dünya iqtisadiyyatında olan hazırkı vəziyyətlə bağlı bir çox ölkələr diplomatik nümayəndəliklər aça bilmirlər və bir çox hallarda onları bağlamağa məcbur olurlar. Belə olan halda Azərbaycan nəinki sayı 66-ya çatan səfirlik, nümayəndəlik və konsulluqlarının sayını artırır, eləcə də digər ölkələrdə Azərbaycanda öz diplomatik nümayəndəliklərini açmaq istəyi yaranır ki, buna bu yaxınlarda açılmış Avstriyanın səfirliyini misal göstərmək olar". Azərbaycan xaricdə diplomatik nümayəndəliklərinə görə gələn il 100 milyon manat ayırmağı planlaşdırır.

İclasda maliyyə nazirinin müavini İlqar Fati-zadə 2011-ci ilə dövlət büdcəsinin proqnozlarını təqdim edib. 2011-ci ilə dövlət büdcəsinin gəlirləri ÜDM-dan 30 faiz və ya 12,061 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2010-cu ilin proqnozları ilə müqayisədə 4,8 faiz çoxdur. Dövlət Neft Fondundan dövlət büdcəsinə büdcə gəlirlərinin köçürülməsi strukturu 6,480 milyard manat və ya dövlət büdcəsi gəlirinin 53,7 faizini təşkil edəcək.

Dövlət büdcəsinin xərc hissəsi ÜDM-in 31,7 faizi həcmində proqnozlaşdırılır. Dövlət büdcəsinin kəsirlərinin örtülməsi mənbələrini hesaba almaqla xərclər cari ilin proqnozuna nisbətdə 3,9 faiz artaraq 12,748 milyard manat təşkil edəcək.

Bütün dövlət proqramları və tədbirlərin maliyyələşdirilməsi üçün 5,390 milyard manat ayırmaq nəzərdə tutulub ki, bu da xərclərin 42,3 faizini təşkil edir.

Ümumi büdcə xərclərindən sosial istiqamətli xərclərin xüsusi çəkisi 33,3 faiz və ya 4234 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2010-cu ilə nisbətdə 8,8 faiz artıb. Elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti, sosial müdafiə və təminat sahəsində tədbirlərin maliyyələşdirilməsi üçün 3518 milyon manatın ayrılması nəzərdə tutulur ki, bu da 2010-cu il proqnozundan 7,5 faiz çoxdur. Bu xərclərin xüsusi çəkisi 2010-cu illə müqayisədə 1,1 faiz artaraq dövlər büdcəsinin ümumi xərclərinin 27,7 faizinə çatacaq. Gələn il dövlət büdcəsinin xərcləri strukturunda ümumdövlət xərclərinə -1 140,095 milyon manat, müdafiəyə - 1 325,061 milyon manat, təhsilə - 1 338,163 milyon manat, səhiyyəyə -545,372 milyon manat ayrılacaq.

Bundan əlavə, 2011-ci ildə sosial müdafiə və sosial təminata 1 324,085 milyon manat, Dövlət Sosial Müdafiə Fonduna köçürmələrə - 691 milyon manat, dövlət investisiya xərclərinə 3 380 milyon manat ayrılması planlaşdırılır.

Qalan xərclər digər məqsədlər üçün istiqamətlənəcək.

Gələn il dövlət büdcəsinin kəsiri 687 milyon manat və ya ÜDM-in 1,7 faizi ölçüsündə proqnozlaşdırılır.

Oktyabrın 9-na olan rəsmi məzənnə 0,8021 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti