...

Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən, demək olar, 30 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2010 16:02 (UTC +04:00)
Azərbaycanın strateji valyuta ehtiyatları 26,5 milyard dollara çatıb. Bu barədə maliyyə naziri Samir Şərifov bazar ertəsi Milli Məclis komitələrinin iclasında 2011-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən, demək olar, 30 faiz artıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın strateji valyuta ehtiyatları 26,5 milyard dollara çatıb. Bu barədə maliyyə naziri Samir Şərifov bazar ertəsi Milli Məclis komitələrinin iclasında 2011-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

"Ölkənin strateji valyuta ehtiyatları 2010-cu ilin əvvəli ilə müqayisədə 29,9 faiz və ya 6,1 milyard dollar artıb", - Şərifov deyib.

Strateji valyuta ehtiyatları Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatlarından, Dövlət Neft Fondunun aktivlərindən və hökumətin depozitlərindən formalaşır.

Bundan əvvəl xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatları üçüncü rübün sonunda ilin əvvəli ilə müqayisədə 895,9 milyon dollar və ya 19 faiz artaraq 6,057 milyarad dollar təşkil edib.

Hələ 2008-ci ildə AMB portfelin valyuta kompozisiyasını balanslaşdırıb və bu gün onun sərəncamında olan valyuta ehtiyatlarının 60 faizi dollarda, yerdə qalan 40 faizi isə avro və funt sterlinqdə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti