...

Azərbaycan bankı "Xalq Bank" "İnternetBank" və "MobilBank" xidmətlərini göstərməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2010 19:17 (UTC +04:00)
Azərbaycan bankı "Xalq Bank" plastik kart sahibləri üçün "İnternetBank" və "MobilBank" xidmətlərini göstərməyə başlayıb. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.
Azərbaycan bankı "Xalq Bank" "İnternetBank" və "MobilBank" xidmətlərini göstərməyə başlayıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Azərbaycan bankı "Xalq Bank" plastik kart sahibləri üçün "İnternetBank" və "MobilBank" xidmətlərini göstərməyə başlayıb. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.

Məlumatda deyildiyinə görə, "İnternetBank" və "MobilBank" vasitəsilə "Xalq Bank"ın plastik kartlarının sahibləri istənilən vaxt, real vaxt rejimində kart hesabında vəsaitlərin qalığı haqqında məlumat almaq, kart hesabı üzrə çıxarışlar əldə etmək, elektrik enerjisi, mobil və stasionar rabitə haqlarını, internet xidmətlərini ödəmək, kartdan karta pul köçürmək və s. bu kimi əməliyyatlar həyata keçirmək imkanı əldə edirlər.

Demək olar ki, eyni xidmət çeşidinə malik olan bu iki sistem qoşulma üsullarına görə fərqlənir.

"İnternetBank" sisteminə qoşulmaq üçün hər hansı bir əlavə proqram təminatı və ya banka müraciət etmək tələb olunmur, sadəcə internetə qoşulmuş kompüterin olması kifayətdir.

"MobilBank" sisteminin üstünlüyü qoşulmanın rahatlığı və kart hesabı ilə aparılan hər əməliyyat haqqında SMS vasitəsilə məlumat almaq imkanının olmasıdır. Bu sistemə istənilən növ mobil telefon vasitəsilə qoşulmaq mümkündür.

Bankın əmanətçiləri üçün bu xidmətlər pulsuz təqdim edilir.

Xəbər lenti

Xəbər lenti