...

Bakı Fond Birjası ilə AYİB-in birgə layihəsinin həyata keçirilməsinə start verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2010 15:00 (UTC +04:00)
2010-cu il oktyabrın 11-də Bakı Fond Birjası (BFB) tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Kapital bazarları üzrə treninq" layihəsinin ilk fazasına start verilib.
Bakı Fond Birjası ilə AYİB-in birgə layihəsinin həyata keçirilməsinə start verilib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir N.İsmayılova/

2010-cu il oktyabrın 11-də Bakı Fond Birjası (BFB) tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə dəstəyi ilə həyata keçirilən "Kapital bazarları üzrə treninq" layihəsinin ilk fazasına start verilib. Bu barədə BFB-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bununla əlaqədar, layihə üzrə elan olunmuş tenderin qalibi CAPMEX şirkətinin rəhbəri Hannes Takacs və aparıcı əməkdaşı Roberto Motusic həmin tarixdə Bakıya səfər edib və layihəyə hazırlıq çərçivəsində Bakı Fond Birjasında bir sıra görüşlər keçiriblər. İki fazadan ibarət olan layihənin məqsədi Bakı Fond Birjasının strateji planının yenidən baxılaraq təkmilləşdirilməsi istiqamətində tövsiyələrin hazırlanmasından və yerli kapital bazarı iştirakçılarının peşəkar bilik səviyyələrinin və maliyyə-analitik bacarıqlarının artırılması məqsədilə treninqlərin keçirilməsindən ibarətdir.

CAPMEX şirkəti Vyana Fond Birjasının (Wiener Boerse) konsaltinq xidmətləri göstərən törəmə şirkətidir. Şirkətin sözügedən layihəyə cəlb edilmiş əməkdaşları Avropanın nüfuzlu fond birjalarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik olan şəxslərdir.

Xəbər lenti

Xəbər lenti