...

"Azərbaycan Dəmir Yolları" və "Rosaqrotrans" taxıl yüklərinin daşınması üzrə memorandum imzalayıblar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2010 16:11 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC və "Rosaqrotrans" QSC taxıl yüklərinin daşınması üzrə qarşılıqlı anlaşma və tərəfdaşlıq haqqında memorandum imzalayıblar.
"Azərbaycan Dəmir Yolları" və "Rosaqrotrans" taxıl yüklərinin daşınması üzrə memorandum imzalayıblar (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC və "Rosaqrotrans" QSC taxıl yüklərinin daşınması üzrə qarşılıqlı anlaşma və tərəfdaşlıq haqqında memorandum imzalayıblar. Memorandum Bakıda "Strateji tərəfdaşlıq 1520: Qafqaz regionu" beynəlxalq regional dəmiryol biznes forumu çərçivəsində imzalanıb.

Memorandum 1,5 milyon ton həcmində taxıl yüklərinin illik nəqlini nəzərdə tutur. İmzalanmış sənəd müvəqqəti məhdudiyyətə malik deyil.

Memorandumun şərtlərinə əsasən, Rusiyadan Azərbaycana taxılın daşınması üçün "Rosaqrotrans" tərəfindən dəmiryol nəqliyyatı vasitələrinin təminatı nəzərdə tutulur. "Azərbaycan Dəmir Yolları" tərkibin dislokasiyası, Azərbaycan ərazisi üzrə hərəkəti, boşaldılması və qayıtmasına görə məsuliyyət daşıyacaq.

Memorandumu "Azərbaycan Dəmir Yolları" QSC rəisinin müavini Əlirza Süleymanov və "Rosaqrotrans"ın rəhbəri Konstantin Zasov imzalayıblar.

Xəbər lenti

Xəbər lenti