...

Azərbaycanda Böyük Britaniya-Türkiyə kapitallı BOKT qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2010 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir E.İsmayılova/

Sentyabrda Azərbaycanda vergi orqanlarında Böyük Britaniya-Türkiyə kapitallı bank olmayan kredit təşkilatı (BOKT) "TCF" qeydiyyatdan keçib. Bu barədə Vergilər Nazirliyinin rəsmi saytının "bir pəncərə" bölməsində deyilir.

Onun təsisçiləri Böyük Britaniyanın "Metin Limited" və Türkiyənin "Nab Holding Anonim" şirkətləri olub. Nümayəndəlik dövlət qeydiyyatından 2010-cu il sentyabrın 24-də keçib. Şirkət 300 min manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Şirkətin qanuni nümayəndəsi Xalid Quliyevdir.

BOKT-un Müşahidə Şurasının üzvləri Cəlal Əliyev, Məcid Naxçıvani, Fuad Məmmədov, Səid Naxçıvani və Aydın Əliyevdir.

Hazırda ölkədə 100 BOKT fəaliyyət göstərir. Onlardan dördü cari ildə fəaliyyət üçün lisenziya alıb, 18-i isə beynəlxalq humanitar təşkilatlar tərəfindən təsis edilib.

Xəbər lenti

Xəbər lenti